KOMANDAMIZ

Taleh Tahirli

Taleh Tahirli – Təsisiçi və direktor.

Taleh Tahirli 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Bakı Mühəndislik Universitetini Biznes İdarəçilik ixtisası üzrə bitirdikdən sonra 2004-2006 - cı illərdə Avropanın Linköpings və Hoteburq Universitetlərində təhsilini davam etdirib. Taleh Tahirli maliyyə və bank sektoru, eləcə də biznesin idarə edilməsi sahəsində geniş təcrübəyə sahibdir. O, uzun müddət Unibank KB ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb və bankın İdarə Heyətinin üzvü, Pərakəndə bank xidmətləri və Marketinq istiqamətlərinin Baş Direktoru vəzifəsini icra edib.

Murad Yəhyayev

Murad Yəhyayev - İnzibati və hüquq departamentinin direktoru.

Murad Yəhyayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Xəzər Universitetinin “Hüquqşünaslıq” fakültəsinin məzunu olduqdan sonra 2004-cü ildə magistr dərəcəsinə yiyələnib. Universiteti bitirdikdən sonra müxtəlif beynəlxalq təşkilatlarda - Unibank KB ASC, Bakı Fond Birjası ASC və Expressbank ASC-də öz ixtisası üzrə çalışıb.

Elnur Babayev

Elnur Babayev - Art Director.

Elnur Babayev 1981-ci ildə anadan olub. 2005-ci ildə Orta Doğu Teknik Universitetini (ODTÜ) “Sənayə dizayneri” ixtisası üzrə bitirib. O, sənayə və qrafik sahəsində həm yerli, həm də beynəlxalq dizayn mükafatlarına layiq görülüb. KONER, OTOKAR, TURKRAY Eng. Co, MAN GmbH, DreamArt, STV studios, Marka Baku, PeopleBrand, GoCreative, Genna’ Baku kimi şirkətlərdə çalışıb.

Fidan Tahirli

Fidan Tahirli – HR menecer

Fidan Tahirli 1986-ci ildə anadan olub, 2008-ci ildə Bakı Dövlət Üniversitetini “İqtisadi nəzəriyyə” ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Accessbank, Azərbaycan Beynəlxalq Bankı kimi qabaqcıl banklarda, eləcə də digər sferalarda çalışıb.

Gülnarə Məmmədova

Gülnarə Məmmədova – Mühasib

Gülnarə Məmmədova 1983-ci ildə anadan olub. Bakı Dövlət Üniversitetinin “Fizika” fakultəsini 2005-ci ildə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsi üzrə bitirib. Accessbank QSC, R.İ.S.K Elmi istehsalat şirkətində və digər sferalarda çalışıb.

Nurlana Xanbutayeva

Nurlana Xanbutayeva – Layihələr departamentində aparıcı mütəxəssis

Nurlana Xanbutayeva 1990-cı ildə anadan olub. 2011-ci ildə Tibb Universitetini bitirib. Daha sonra Bakıda Niderland Marketinq İnstitutunun uzun müddətli kursunu keçib və mütəxəssis-marketoloq peşəsi üzrə diplom alıb. Uzun müddət Accesbank QSC-də marketinq sahəsində fəaliyyət göstərib.

Vüsalə Zeynallı

Vüsalə Zeynallı – Qrafik dizayner

Vüsalə Zeynallı 1986-ci ildə anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Modelyer-Rəssam” fakültəsini 2008-ci ildə bakalavr, 2011-ci ildə isə magistr dərəcəsi üzrə bitirib. Müxtəlif reklam şirkətlərində dizayn sahəsi üzrə çalışıb.

Leyla Əliyeva

Leyla Əliyeva – SMM üzrə mütəxəssis

Leyla Əliyeva 1997-ci ildə anadan olub. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin ”Maliyyə” fakültəsini bitirib. Əldə etdiyi biliklər sayəsində o, universiteti bitirər-bitirməz “Quality Solutions” şirkətində əmək fəaliyyətinə başlayıb.